1. Sinif nümayəndəsi təyin etdiyiniz şagird:
1. Müəllimlərlə yaxşı münasibət saxlayandır.
2. Yaxşı oxuyandır.
3. Lider keyfiyyətlərinə malikdir.
2. Sinifdə ən çox təriflədiyiniz şagird:
1. Müəllimlərlə yaxşı münasibət saxlayıb, onları hər mövzuda məlumatlandırır.
2. Yaxşı oxuyandır, nəticələri yüksəkdir.
3. Nəticəsi zəif olsa da, çalışqandır.
3. Açıq dərslərdə ən məsuliyyətli işi etibar edirsiniz:
1. Yaxşı oxuyan şagirdə.
2. Zəif nəticəsi olan şagirdlərlə əlavə məşğul olursunuz ki, onlar da iştirak edə bilsin.
3. Valideynləri iştirak edən şagirdə.
4. Siz otaqda olmayanda şüşəni sındırıblar:
1. Sinifdə ən yaxın münasibətdə olduğunuz şagirdlə təklikdə danışıb məlumat alacaqsınız.
2. Şübhələndiyiniz şagirdlərlə danışacaqsınız.
3. İbrətamiz bir hadisə danışacaqsınız, günahkarı cəzalandırmayacağınızı söz verəcəksiniz.
5. Sinifdə konfliktiniz olan şagird var.
1. Onu sinfini dəyişməyə məcbur edəcəksiniz.
2. Yenidən tərbiyə etməyə çalışacaqsınız.
3. Səbr edib münasibəti düzəltməyə çalışacaqsınız.
6. Müəllimlər otağında digər müəllimin başına gələn gülməli hadisəni danışırlar:
1. Siz də hamı kimi güləcəksiniz.
2. Bu halı düzgün hesab etmədiyinizi hamıya deyəcəksiniz.
3. Mövzunu dəyişməyə çalışacaqsınız.
7. Valideynlər narazıdır ki, bir neçə sevdiyiniz şagirdə daha yüksək qiymət yazırsınız.
1. Heç bir cavab vermirsiniz, onların nə düşündüyü sizin üçün önəmli deyil.
2. Valideyn iclasında bütün verdiyiniz qiymətləri əsaslandırmağa çalışacaqsınız.
3. Həmin valideynləri dərsə dəvət edəcəksiniz.
A – 0 bal, B – 1 bal, C – 3 bal.
Nəticələr:
0 – 6 bal: Psixoloji hazırlığa ehtiyacınız var. Öz pedaqoji səhvlərinizi görmürsünüz. Şagirdlər sizə “dözməyə” çalışır, bəzən, hətta qorxurlar.
7 – 12 bal: Tədris və tərbiyə işində həmişə ədalətli deyilsiniz. Bəzi səhvlərinizi şagirdlərin anlaşıqlı olması hesabına kompensasiya edə bilərsiniz.
13 – 16 bal: Müasir dövr pedaqoqlarına nümunə ola bilərsiniz, amma təkmilləşməyə ehtiyacınız var, çünki daim inkişafda olmalısınız. Qərar verməkdə tələsməyin ki, şagirdlərlə münasibətdə həmişə ədalətli ola biləsiniz.
17 – 21 bal: Ədalət hissiniz çox yaxşı inkişaf edib. Düzgün qərar qəbul edə bilirsiniz. Amma digər müəllimləri öyrətməyə çalışmayın, icazə verin onlar da sizin nümunənizdə inkişaf etsinlər.
Mənbə: https://pedsovet.su/forum/146-215-1
Azərbaycan dilinə tərcümə etdi: Sara Ələkbərli