34-cü Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimizin uğuru

Tarix: 11.07.2023
Paylaş:

3-11 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Məmmədov Nurlan Rəşad oğlu və Abdullayeva Zəhrabəyim İlham qızı bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Orucəliyev Kənan Müsənnif oğlu isə həvəsləndirici mükafata layiq görülüb.

Şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq.