Vakant yerlərlə bağlı statistika

Tarix: 20.07.2023
Paylaş:

Dövlət ümumi təhsil müəssisələrində son iki ildə Azərbaycan bölməsi üzrə mövcud olan vakant yerlərə dair müqayisəli statistikanı təqdim edirik.

Qeyd edək ki, fransız dili, musiqi, rus dili və təsviri incəsənət fənləri istisna olmaqla, digər bütün fənlər üzrə təqdim edilən vakant yerlərin sayı ötən illə müqayisədə artmışdır. Azərbaycan və rus bölməsi üzrə ümumilikdə 10 000-dən artıq vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim ediləcək.

Nəzərinizə çatdırırıq ki, cari ildə təşkil olunan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunmuşdur. Müsabiqənin test imtahanı mərhələsinin minimum tələbini ödəyən namizədlər vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.