21 iyulda STEAM İnnovasiyalar Mərkəzində “Təhsildə yeni trendlər” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə ARTİ-nin direktor müavini Ülkər Babayeva açıq elan edib.
Müzakirə formatında keçirilən tədbirdə Dr. Maykl Foyer spiker qismində çıxış edib. O, “Vətəndaş təhsili və kollektiv məsuliyyət” mövzusu ilə iştirakçıların diqqətini mənəvi dəyərlər, fərdi seçim, kollektiv məsuliyyət və davranışlarımızla cəmiyyətdə yaratdığımız sosial nəticələrə yönəldib. Dr. Foyer hər birimizin rasional qərarlar atmasının istər təhsilin, istərsə də iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirin sonunda iştirakçılar mövzu ətrafında suallarını spikerə ünvanlayıblar.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, ARTİ-nin, ali təhsil müəssisələrinin, bir sıra dövlət və özəl müəssisələrinin rəhbər heyəti iştirak edib.