20-21 iyul tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Data analitikası və təhsil tədqiqatı qrupunun ikinci təlim görüşləri baş tutub.
Təlimin keçirilməsində əsas məqsəd qrup üzvlərini təsviri statistikanın (descriptive statistics) əsas anlayışları və əhəmiyyəti ilə tanış etmək, elektron cədvəl və kod əsaslı təhlilin (code-based analysis) potensialları və çətinlikləri haqqında öyrənmək, işçi qrupunu iştirakçılarını R proqramlaşdırma dili və RStudio ilə tanış etmək, məlumat dəstlərinin (data sets) nümunələri üzərində təsviri statistikanın tətbiqi, təhsil üzrə müvafiq məlumat dəstləri ilə təsviri statistika üzrə tapşırıqlarının yerinə yetirilməsi və birgə tədqiqat layihələrində təsviri statistikanın rolunun müzakirəsi olub.
Təlimlərdə spiker qismində Srdcan Verbiç moderator qismində isə Boris Curkoviç çıxış edib. Təlimlər zamanı iki gün boyunca iştirakçılar PISA məlumat bazasından istifadə edərək təsviri statistikanın tətbiqi üzrə qrup işi aparıb və yekunda nəticələri təqdim ediblər. Təlimlərin sonunda iştirakçılarda təsviri statistikanın tətbiqi ilə bağlı ilkin bacarıqlar formalaşdırılıb. Növbəti təlimlər sentyabr ayında keçiriləcək.
Qeyd edək ki, sözügedən işçi qrupunda 32 nəfər iştirak edir.