Əlavə təhsil mərkəzlərinin peşəkar inkişafına dəstək məqsədilə görüş keçirilib

Tarix: 25.07.2023
Paylaş:

İyulun 20-də ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində (MDPİM) əlavə təhsil mərkəzlərinin peşəkar inkişafına dəstək məqsədilə görüş keçirilib. Görüşdə əlavə təhsil mərkəzlərinin nümayəndələri və MDPİM əməkdaşları iştirak ediblər.

Görüş zamanı təlim proqramlarının, müqavilə üzrə hesabat və sertifikatların hazırlanması, təlimlərin, onların yekun qiymətləndirilməsinin təşkili, həmçinin təlim qruplarının monitorinq cədvəlinin təqdim olunması mövzuları üzrə müzakirələr aparılıb.