Vakansiya seçimi mərhələsinin nəticələri elan edildi!

Tarix: 02.08.2023
Paylaş:

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi. 26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə etmişdir.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.

Növbəti mərhələdə iştirak edəcək bütün namizədlərin hər birinə uğurlar arzulayırıq!