Son illər təhsildə baş verən dəyişikliklər məktəb işinin heç bir tərəfini dəyişikliksiz qoymayıb. Şəxsiyyətyönümlü təhsil, fərdi yanaşma kimi prinsiplər önə çıxıb, ilk növbədə yeni tədris metodları tələb etməyə başladı. Yeniləşən məktəbdə elə tədris metodlarına ehtiyac duyuldu ki:
Artıq şəksizdir ki, bizə fəal, qrupla, oyunlu, rollu, praktikyönümlü, problemli, refleksiv və digər təlim/tədris forma və metodları lazımdır. Dünya pedaqoji təcrübəsində bu gün aparıcı yer layihə metodikasına məxsusdur. Layihə metodikası XIX əsrin ikinci yarısında ABŞ-ın aqrar məktəblərində yaranıb və amerikalı idealist filosof Con Dyui (1859-1952) tərəfindən əsası qoyulan “praqmatik pedaqogika”nın nəzəri konsepsiyalarına əsaslanmışdır. Bu metodikanın əsasında şagirdlərin tədris-təlim fəaliyyətinin nəticəyə yönəlməsi ideyası durur ki, bu nəticə təcrübi və ya nəzəri əhəmiyyəti olan problemin həlli sayəsində əldə olunur. Layihə üzərində işin həm xarici, həm də daxili nəticəsi vardır.
Xarici nəticəni real əməli fəaliyyətdə görmək, dərk etmək, tətbiq etmək mümkündür.
Daxili nəticə olan fəaliyyət təcrübəsi isə bilik və bacarıq, səriştə və dəyərləri özündə birləşdirərək, öyrənənin əvəzsiz qazancına, nailiyyətinə çevrilir.
Müəllimin payına layihələr üçün problemlərin seçilməsi kimi çətin məsələ düşür. Bu problemləri isə yalnız real həyatdan götürmək lazımdır.
Layihəyə verilən əsas tələblər:
Beləliklə, layihə 5 “komponent”dən ibarətdir: Problem – Planlaşdırma – İnformasiya axtarışı – Məhsul – Təqdimat.
Layihənin 6-cı “komponent”i – onun portfoliosudur, yəni layihənin bütün iş materiallarının, o cümlədən qaralamaların, gündəlik planların, hesabatların və s. toplandığı qovluqdur.
Vacib qayda: layihə üzərində işin hər mərhələsinin öz konkret məhsulu olmalıdır!
Kompleks və çoxməqsədli metod kimi tədris layihəsinin çoxsaylı növ və üsulları vardır. Onları anlamaq üçün ən azı üç müxtəlif təsnifat tələb olunur. Hər bir layihənin məzmun dəyərini müəyyən edən ən əsas xüsusiyyətdən başlayaq.
Praktikyönümlü layihə iştirakçıların özlərinin və ya kənar sifarişçinin sosial maraqlarına yönəlib. Məhsul əvvəlcədən müəyyənləşir və o, sinif, məktəb, rayon, şəhər, dövlət həyatında istifadə edilə bilər. Onun tətbiq dairəsi kabinet üçün dərs vəsaitindən ölkə iqtisadiyyatının bərpası üçün tövsiyələr paketinə qədər genişdir. Əsas odur ki, məhsulun praktikada istifadə etmək gerçəkliyi və problemi həll etmək imkanları dəyərləndirilsin.
Tədqiqat layihəsinin quruluşu əsl elmi tədqiqatı xatırladır. O, seçilmiş mövzunun aktuallığının əsaslandırılmasını, tədqiqat vəzifələrinin təyin edilməsini, ehtimalın irəli sürülməsi zərurətini və onun sonradan yoxlanılmasını, əldə edilmiş nəticələrin müzakirəsini əhatə edir. Bu zaman müasir elmi metodlardan – laboratoriya eksperimenti, modelləşdirmə, sosioloji sorğu və s. istifadə olunur.
İnformasiya layihəsi hər hansı bir obyekt haqqında məlumatların toplanmasıdır ki, onun təhlili, ümumiləşdirilməsi və geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyır. Belə bir layihənin yayımı tez-tez KİV-də, o cümlədən internetdə dərc olunan yazılarla olur. Bu cür layihənin nəticəsi sinif və ya məktəbdə informasiya mühitinin yaradılması da ola bilər.
Yaradıcılıq layihəsi nəticələrin tərtibatına maksimum sərbəst və qeyri-ənənəvi yanaşmanı nəzərdə tutur. Bunlar almanaxlar, səhnələşdirmə, idman oyunları, təsviri və dekorativ-tətbiqi sənət əsərləri, videofilmlər və s. ola bilər.
Rol layihəsi. Belə layihəni hazırlamaq və həyata keçirmək daha mürəkkəbdir. Burada iştirak edən layihəçilər ədəbi və ya tarixi personajların, uydurulmuş qəhrəmanların rollarını öz üzərlərinə götürürlər. Layihənin nəticəsi sona qədər naməlum qalır (Məhkəmə prosesi necə başa çatacaq? Münaqişə həll olunacaqmı və müqavilə bağlanacaqmı?).
Mürəkkəbliyinə görə (başqa sözlə, fənn və məzmun sahələrinə görə) layihələri iki tipə ayırmaq olar:
1) Monolayihələr adətən bir fənn üzrə həyata keçirilir, bununla yanaşı, başqa bilik və fəaliyyət sahələrindən də istifadə etmək olar.
2) Fənlərarası layihələr dərsdən kənar vaxtda və müxtəlif fənlər üzrə müəllimlərin rəhbərliyi altında həyata keçirilir.
Layihələr iştirakçılar arasında əlaqələrin xarakterinə görə də fərqlənə bilər. Bu zaman sinifdaxili, məktəbdaxili, regional, regionlararası, beynəlxalq variantlar ola bilər. Layihələrin son iki növü (regionlararası və beynəlxalq), bir qayda olaraq, telekommunikativ sayılır, çünki iştirakçıların internet şəbəkəsində qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsini tələb edir.
Layihələrin müddəti üzrə təsnifatı
Mini layihələr bir dərsə və ya daha az vaxta uyğunlaşdırılır.
Qısa müddətli layihələr 4-6 dərs tələb edir. Dərslər layihə iştirakçılarının fəaliyyətinin koordinasiyası üçün istifadə olunur; informasiyanın toplanması, məhsulun ərsəyə gəlməsi və təqdimatın hazırlanması üzrə əsas işlər isə sinifdənkənar fəaliyyətdə və evdə həyata keçirilir.
Həftə layihələri qruplarda 1 həftə ərzində həyata keçirilir. Onların yerinə yetirilməsi təxminən 30-40 saat çəkir və bütünlüklə rəhbərin iştirakı ilə keçir.
İllik layihələr həm qruplarda, həm də fərdi qaydada həyata keçirilə bilər. Bütün illik layihə – problemin və mövzunun müəyyənləşdirilməsindən təqdimata qədər dərsdənkənar vaxtda həyata keçirilir.
Layihələrin təqdimatı
Qeyd edildiyi kimi, tədris layihəsinin həyata keçirilməsinin mühüm mərhələlərindən biri də təqdimatdır. Layihənin təqdimat formasının seçilməsi layihə fəaliyyətinin məhsul formasının seçilməsindən daha mürəkkəbdir. “Tipik” təqdimat formaları dəsti çox məhdud olduğundan burada xüsusi fantaziyaya ehtiyac olur (layihəçilərin artistlik, bədii, texniki-konstruktor, təşkilatçılıq və s. fərdi maraqları və qabiliyyətləri mütləq nəzərə alınmaqla).
Layihələrin təqdimat növləri müxtəlif ola bilər:
Metodun şərtindən irəli gələn təqdimatın özündə də böyük təlim-tərbiyə effekti var: uşaqlar öz fikirlərini, ideyalarını əsaslandırmaqla ifadə etməyi, refleksiya etməyi, qrupun və fərdin müstəqil işini, hər bir iştirakçının töhfəsini dəyərləndirməyi, öz fəaliyyətini təhlil etməyi öyrənirlər. Uşaqların layihə üzərində necə işlədikləri barədə fikir söyləmələri çox vacibdir. Bu zaman hazırlanmasına xeyli vaxt sərf edilmiş əyani vəsait nümayiş etdirilir, əldə edilmiş bilik və bacarıqların həyata keçirilməsinin praktiki nəticəsi göstərilir.
Təqdimat keçirilməsinin pedaqoji məqsədi təqdimat bacarıqlarının və vərdişlərinin inkişaf etdirilməsidir. Bunlara aşağıdakı bacarıqlar daxildir:
Materialın orijinalını rus dilində bu saytdan oxuya bilərsiniz:
Hazırladı: TİPİM-in əməkdaşı Rəna Şiriyeva