Polşaya təlim səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Varşava Texnologiya Universitetinə baş çəkiblər. Burada universitetin İnnovasiya mərkəzinin direktoru Dr. Pyotr Dardzinski qonaqları qarşılayıb və onları mərkəzin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb. Daha sonra, mərkəzin əməkdaşı Agnieszka Lewandowska “Polşanın təhsil sistemində biznes amili və sahibkarlığın təbliği” mövzuda təqdimatla çıxış edib.
Son olaraq, Varşava Universitetinin Texnologiya transferi ofisinin idarə heyətinin üzvü Krzysztof Gulda isə Varşava Universitetinin və ümumilikdə Polşanın innovasiya ekosistemi ilə bağlı çıxış edib və qonaqların suallarını cavablandırıb.