Mərkəzi imtahanlı lisey/gimnaziyalarda II mərhələ seçimlərinin nəticələri elan olundu

Tarix: 28.08.2023
Paylaş:

Mərkəzləşdirilmiş qaydada qəbulu həyata keçirilən lisey və gimnaziyalara II mərhələ lisey seçimlərinin nəticələri elan edildi

Şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq qəbul nəticələri ilə tanış ola, eyni zamanda qəbul olan şagirdlərin sənədlərini qəbul olduqları müəssisəyə təqdim edə bilərsiniz.

Qeyd edək ki, sənəd qəbulu 28 avqust tarixindən başlayaraq 30 avqust saat 16:00-dək davam edəcək.