Təhsil İnstitutu və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 6-8 sentyabr 2023-cü il tarixlərində Sumqayıt şəhərində təhsil işçiləri və fənn müəllimləri üçün qiymətləndirmə düşərgəsi keçiriləcək.
Düşərgənin keçirilməsində əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunu anlamaq, eləcə də onların səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, düşərgə iştirakçıları şagirdlərin oxu və riyaziyyat üzrə biliklərinin real həyatda tətbiqi üzrə qiymətləndirmə vasitələri hazırlayacaqlar.
Düşərgənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq.