“Engineering Camp” tələbə düşərgəsinin açılış tədbiri baş tutub

Tarix: 09.09.2023
Paylaş:

“Bir Könüllü” Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsi “EESTEC Observer Baku” (Eestec Observer Baku) birgə təşkilatçılığı ilə “Zuğulba” tədris-idman bazasında keçirilən “Engineering Camp” tələbə düşərgəsinin açılış tədbiri baş tutub!

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov və Elm və Təhsil Nazirliyinin nümayəndəsi Səbuhi Rzayev iştirak edib, mühəndislik sahəsində təhsil alan tələbələrə düşərgənin məqsədi, perspektivləri və şəxsi təcrübələri haqqında ətraflı məlumat veriblər.

Tədbirin ardınca Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov iştirakçılarla innovasiyalar mövzusunda təqdimatla çıxış edib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Günün ikinci yarısında iştirakçılar üçün SABAH HUB-ın proqram meneceri Əminə Məlikovanın təqdimatında “Sahibkarlıq və Start-up təfəkkürünün formalaşması” mövzusunda təlim sessiyası təşkil olunub.

Təlim çərçivəsində sahibkarlığın və start-upların əsas prinsipləri, start-upların inkişaf modeli və strateji planlaması və s. məsələlər iştirakçılarla birlikdə müzakirə edilib.

Qeyd edək ki, 3 gün davam edəcək düşərgədə müxtəlif ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan 50-yə yaxın tələbə iştirak haqqı qazanıb.