Doktorantura səviyyəsində ixtisas fənnindən qəbul imtahanları keçirilib

Tarix: 13.09.2023
Paylaş:

12 sentyabr tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəlsəfə doktoru proqramı üzrə 2023-cü il doktoranturaya qəbul imtahanlarının sonuncu mərhələsi olan ixtisas fənnindən imtahanlar keçirilib.

Xarici dil və fəlsəfə fənlərindən imtahanlarda yüksək qiymətlər alaraq ixtisas imtahanı mərhələsinə 12 nəfər iddiaçı iştirak hüququ qazanıb.

Qəbul imtahanlarını keçirmək üçün institutun direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun sədrlik etdiyi, ARTİ-nin direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadovun, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədovun üzvlük etdiyi daimi imtahan komissiyası yaradılıb.

İxtisas üzrə fənn komissiyasında Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru professor İntiqam Cəbrayılov və ARTİ-nin direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru Könül Abaslı iştirak edib.