“Məktəbəqədər təhsilin müasir məzmunu” mövzusunda dəyirmi masa keçirilib

Tarix: 18.03.2022
Paylaş:

141 saylı körpələr evi/uşaq bağcasında “Məktəbəqədər təhsilin müasir məzmunu” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada  məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji işçiləri maraqlandıran məktəbəqədər təhsilin müasir məzmunu, yeni yanaşmalar, müasir təlim texnologiyaları haqqında suallar cavablandırılıb.

Tədbirdə ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova, şöbənin əməkdaşları Kifayət Məmmədova, Rüxsarə Tağıyeva, İlahə Orucova iştirak edib.