Fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının qeydiyyat müddəti artıq başa çatıb. Qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqələrini 28-31 mart tarixləri arasında portal.edu.az saytı vasitəsilə əldə edə biləcəklər.
Qeyd edək ki, Fənn müsabiqələrinə 25000-ə yaxın, Lütfi Zadə olimpiadasına isə 15000-ə yaxın şagird qeydiyyatdan keçib.