ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı və pedaqoji səriştəliliyinin artırılması məqsədilə 2023–2024-cü tədris ili üzrə metodik görüşlərə start verilib.
Bu məqsədlə 10 – 11 oktyabr tarixlərində 18, 35, 38, 51, 75, 154, 173, 178 və 227 nömrəli tam orta məktəblərdə metodik görüşlər keçirilib. Təşkil olunan görüşlər zamanı müəssisələrin direktor, direktor müavinləri, metodbirləşmə rəhbərləri, fənn müəllimləri, psixoloq və kitabxanaçılarından ibarət heyətlə bir sıra mövzularla bağlı müzakirələr aparılıb.
Görüşlər zamanı məktəblərin 2023–2024-cü tədris ili üzrə planlaşdırılan inkişaf istiqamətlərinə dair mövzular və məktəb heyəti tərəfindən müvafiq fəaliyyətlərin icrasına başlanılması məsələləri müzakirə edilib. Bununla yanaşı, məktəbin idarəetmə heyətinin fəaliyyət planına baxılıb və müvafiq tövsiyələr verilib, müəllimlərin Fərdi Peşəkar İnkişaf Planı (FPİP), metodik görüşlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, məktəblər üzrə metodik görüşlər tədris ili boyunca mütəmadi olaraq təşkil olunacaq.