Azərbaycan TALIS (Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğu) tədqiqatının 2024-cü ildə keçirilməsi nəzərdə tutulan əsas mərhələsində iştirak edəcək. Bununla əlaqədar əsas mərhələyə hazırlığa start verilib.
Hazırlıq mərhələsi Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Beynəlxalq tədqiqatın əsas mərhələsi 2024-cü ilin fevral-mart ayları ərzində keçiriləcək. Bununla əlaqədar ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi sorğuların tərcümə və adaptasiyası və iştirak edəcək müəllimlərin seçilməsi prosesinə başlayıb.
Xatırladaq ki, tədqiqatın sınaq mərhələsi 2023-cü ildə həyata keçirilib.
Əlavə olaraq qeyd edək ki, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və IEA (Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya) tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edəcək. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənməyi hədəfləyir. Belə ki, TALIS tədqiqatında iştirak edən müəllimlər və məktəb rəhbərləri aşağıda qeyd olunan istiqamətlər üzrə sualları cavablandırır: