Cari ilin oktyabr – noyabr aylarında Təhsil İnstitutu (ARTİ) tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən “Rəqəmsal savadlılıq” təlimləri başa çatıb. Təlimlərə Füzuli, Ağdam, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarına köçürüləcək əhali cəlb olunub.
Təlimlərin keçirilməsində məqsəd işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin informasiya-kommunikasiya texnologiyaları (İKT) və digər müasir texnologiyalardan istifadə üzrə praktik bacarıqlara yiyələnməsini təmin etməkdir.
Təlim müddətində iştirakçılara XXI əsr bacarıqları və müasir İKT, İKT-dən istifadə səriştələrinin formalaşdırılması, internet və virtual kommunikasiya, “Microsoft Office” proqramlarından ictimai həyatda istifadə imkanları, həmçinin digər məsələlərə dair məlumatlar verilib.