Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün 7 istiqamət üzrə 8 profil fənninin (Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya) kurikulumları ARTİ tərəfindən hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 aprel 2022-ci il tarixli, F-238 nömrəli əmri ilə təsdiq edilib.
Qeyd edək ki, təmayül sinifləri şagirdlərin meyil və maraqları, potensial imkanları nəzərə alınmaqla təşkil olunur. Bu siniflərdə təhsilalanlara seçdikləri istiqamət üzrə daha dərin bilik və bacarıqların mənimsədilməsi nəzərə tutulur. Hər bir təmayül fənninin məzmunu şagirdlərin həmin fənn üzrə bilik səviyyəsinin, dünyagörüşünün genişlənməsinə, kommunikativ, idraki, sosial və digər həyati bacarıqların təkmilləşdirilməsinə xidmət edir.
Təmayül siniflər üçün fənn kurikulumlarını aşağıdakı linkdən əldə edə bilərsiniz: https://bit.ly/3PwuCXY