ARTİ MDPİM metodik görüşləri davam etdirir

Tarix: 06.12.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə keçirilən metodik görüşləri davam etdirir.

Bu məqsədlə 27 noyabr – 5 dekabr tarixlərində 91, 159, 162, 238 və 260 nömrəli tam orta məktəblərdə metodik görüşlər təşkil edilib. Ayrı-ayrı fənn müəllimlərinin iştirakı ilə keçirilən metodik görüşlərdə müəllimlərlə gündəlik planlaşdırma nümunəsinin hazırlanması və formativ qiymətləndirmənin təşkili ilə bağlı müzakirələr aparılıb.

Görüşlər zamanı hər bir müəllim dərsin planlaşdırılmasına dair nümunə hazırlayaraq təqdim edib. Nümunələrə dair MDPİM əməkdaşları tərəfindən müvafiq qeydlər aparılıb və müəllimlərlə qarşılıqlı müzakirələr olunub.

Qeyd edək ki, ARTİ MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə müəllimlərin peşəkar inkişafı istiqamətində metodik görüşlərin keçirilməsi nəzərdə tutulur.