Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən məktəblərdə metodik xidmətin təşkili ilə əlaqədar metodist hazırlığı istiqamətində keçirilən təlimləri başa çatıb.
Metodist hazırlığı təlimləri təhsilalanların metodiki və pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, onlara bu istiqamətdə dəstək göstərilməsi məqsədilə ARTİ MDPİM tərəfindən hazırlanmış tədbirlər planı əsasında həyata keçirilir.
Qeyd edək ki, müxtəlif regionlar üzrə ümumi təhsil müəssisələrinin ibtidai sinif və Azərbaycan dilini tədris edən müəllimləri metodist hazırlığı istiqamətində fəaliyyətlərə cəlb olunublar. Əvvəlcə müsahibələr təşkil olunub və müsahibədən uğurla keçən müdavimlər “Metodist hazırlığı” təlimlərində iştirak ediblər.
“Metodist hazırlığı” təlimlərində müəllimlər pedaqogika və metodikaya dair müxtəlif mövzular üzrə nəzəri biliklər əldə edib, praktik fəaliyyətlərə cəlb olunublar.
Növbəti mərhələdə isə təlimləri uğurla başa vuran müdavimlərin məktəblərdə metodist fəaliyyətinə başlamaları nəzərdə tutulur.