Dərsdə layihə əsaslı öyrənmə modeli necə tətbiq olunur?

Tarix: 24.01.2024
Paylaş:

Layihəəsaslı öyrənmə (LƏÖ) şagirdmərkəzli təlim modellərindən biri olub, sorğuya əsaslanan aktiv öyrənməni vurğulayan konstruktivist yanaşmadır. LƏÖ müxtəlif fənləri vahid, real situasiyalara inteqrasiya edir. Bu metodun əsasında şagirdlərin nəzəri biliklərini praktik təcrübələrə tətbiq edərək peşəkar bacarıqlar əldə etməsi durur.  Layihənin müddəti bir dərsdən bir neçə həftəyə qədər ola bilər. Bu, layihənin məqsədindən asılıdır.

LƏÖ-nün aşağıdakı əsas mərhələləri var:

LƏÖ modelini tətbiq edərkən müəllim şagirdləri komandalara bölür. Komandalar maraq dairələrinə uyğun mövzu seçə bilərlər. Komanda əvvəlcə ümumi bir mövzu seçir və oradan altmövzular müəyyənləşdirilir. Problemi müəyyənləşdirmək üçün müəllim aparıcı suallar seçir. Bu suallar açıq suallar olur, şagirdləri problemin müəyyən edilməsi və həllinə istiqamətləndirir. Məsələn:

Sonra şagirdlərə problemin həlli ilə bağlı fikir irəli sürmək və müzakirə etmək imkanı yaradılır. Bu zaman heç bir fikir mühakimə olunmur, hər kəsə öz fikrini səsləndirmək imkanı verilir.

Növbəti mərhələdə layihənin prototipi hazırlanır. Prototip müxtəlif formada ola bilər: maket, eskiz, rollu oyun, hekayə lövhəsi və s. Prototiplərin hazırlanmasının məqsədi təklif edilən ideyaların problemin həllinə uyğun olub-olmadığını müəyyənləşdirməkdir.

Proses boyunca mövcud vəziyyəti müəyyənləşdirmək üçün aşağıdakı suallar verilə bilər:

Prototip hazırlandıqdan sonra şagirdlər öz işlərinin necə olduğunu yoxlamaq üçün onu sınaqdan keçirirlər. Sınağın nəticələri şagirdlərə gördükləri işlə bağlı rəy verir və buna əsasən onlar işlərini təkmilləşdirirlər.

Layihəəsaslı öyrənmənin əsas prinsipləri aşağıdakılardır:

Layihəəsaslı öyrənmənin aşağıdakı üstünlükləri mövcuddur:

Aşağıdakı layihə nümunəsinə baxaq:

Layihənin məqsədi: məktəb üçün bərpaolunan enerji sistemini layihələndirmək və həyata keçirmək.

Əsas konsepsiyalar:

  1. Enerji ötürülməsi və çevrilməsi;
  2. Elektrik sxemləri və sistemləri;
  3. Termodinamika;
  4. Kinematika və dinamika;
  5. Ətraf mühitə təsirin qiymətləndirilməsi;

Layihənin mərhələləri:

  1. Araşdırma və təklif:
    • Şagirdlər müxtəlif bərpaolunan enerji mənbələri (günəş, külək, su və s.) üzrə araşdırmalar aparırlar.
    • Onlar yerli iqlim, coğrafiya və mövcud resurslar əsasında hər bir mənbənin mümkünlüyünü təhlil edirlər.
    • Komandalar seçdikləri enerji mənbəyini və seçimlərinin səbəblərini əks etdirən təkliflər hazırlayırlar.
  1. Dizayn və planlaşdırma:
    • Fizika prinsiplərindən istifadə edərək şagirdlər enerji istehsalı, səmərəlilik və ətraf mühitə təsir kimi amilləri nəzərə almaqla bərpaolunan enerji sistemini layihələndirirlər.
    • Onlar günəş panelləri, külək turbinləri və ya hidroelektrik generatorları kimi tələb olunan komponentləri hesablayır və ümumi sistemin arxitekturasını planlaşdırırlar.
  1. Prototipin hazırlanması və sınaq:
    • Şagirdlər asanlıqla əldə olunan materiallardan istifadə edərək bərpaolunan enerji sisteminin kiçikmiqyaslı prototipini qururlar.
    • Onlar öz prototiplərinin səmərəliliyi və funksionallığını yoxlamaq üçün eksperimentlər aparır, nəticələrə əsasən dizaynları hazırlayırlar.
  1. Məlumatların təhlili:
    • Şagirdlər enerji, hava şəraiti və sistemin performansı kimi dəyişənləri nəzərə alaraq təcrübələrindən məlumatları toplayır və təhlil edirlər.
    • Onlar öz layihələrini şərh etmək üçün riyazi model və fizika anlayışlarından istifadə edirlər.
  2. İcra:
    • Uğurlu prototiplərinə əsaslanaraq şagirdlər öz məktəblərində tammiqyaslı bərpaolunan enerji sisteminin tətbiqi üçün plan yaradırlar.
  3. Təqdimat:
    • Komandalar öz dizaynlarını, məlumat və həyatakeçirmə planlarını nümayiş etdirərək layihələrini təqdim edirlər.
    • Hər bir komanda layihəboyu tətbiq olunan fizika prinsipləri, üzləşdiyi problemlər və öyrənilən dərslər haqqında düşünür.
  1. Qiymətləndirmə: Bu layihə üçün qiymətləndirmə meyarları aşağıdakıları əhatə edə bilər:
  1. Faydaları:

Layihələrin çox mürəkkəb olmasına ehtiyac yoxdur. Çox vaxt sadə layihələr də şagirdlərə məzmun və təcrübə arasında əlaqə yaratmağa imkan verir.

İstifadə edilmiş mənbələr:

  1. Project-Based Learning: Teaching Guide https://www.bu.edu/ctl/guides/project-based-learning/#:~:text=Introduction,problems%2C%20commonly%20in%20small%20teams.
  2. The Effectiveness of the Project-Based Learning (PBL) Approach as a Way to Engage Students in Learning. https://journals.sagepub.com/doi/full/10.1177/2158244020938702
  3. Proje tabanlı öğrenme yaklaşımının fen bilgisi dersində öğrencilerin mantıksal düşünme becerilerinin gelişimine etkisi. https://dergipark.org.tr/en/pub/cusosbil/issue/4379/60035

 

Təranə Həmidova

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin əməkdaşı


“Dərsdə layihə əsaslı öyrənmə modeli necə tətbiq olunur?”.pdf