Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı təqdiqatının – IELS 2025-in sınaq mərhələsinə start verilib

Tarix: 14.02.2024
Paylaş:

Azərbaycanda ilk dəfə keçirilən IELS tədqiqatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünü tənzimləmə, özünüidarə, sosial emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə tədqiqat ev və erkən uşaqlıq təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə seçilmiş uşaqların müəllimlərini və valideynlərini onlayn və kağız əsaslı sorğuda iştirak etməyə cəlb edilir.

Tədqiqatın sınaq mərhələsi üçün Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 40 məktəb və məktəbəqədər təhsil müəssisəsindən 600-ə yaxın 5 yaşlı uşağın iştirakı nəzərdə tutulur. Qeyd edək ki, 8-14 fevral tarixlərində 119 şagird və 45 müəllim qiymətləndirmə tədqiqatında iştirak edib.

Sınaq mərhəsi üzrə qiymətləndirmə 2024-cü il 8 fevraldan başlayaraq 15 marta qədər davam edəcəkdir. Müəssisələrdə qiymətləndirmə sessiyaları ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi tərəfindən müsahibə əsasında seçilmiş məktəbəqədər təhsil sahəsində təcrübəli şəxslər tərəfindən həyata keçirilir.

Nəzərinizə çatdırmaq istəyirik ki, IELS tədqiqatının əsas mərhələsi 2025-ci ildə həyata keçiriləcək.