10-11 fevral tarixlərində Bakı şəhəri S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) və Balkan Riyaziyyat Olimpiadası (BMO) beynəlxalq olimpiadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanı təşkil olunub.
Seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət ediliblər. 2 gün keçirilən seçmə imtahanının yoxlama və koordinasiya prosesi yekunlaşıb, ölkəmizi təmsil edəcək komanda üzvləri artıq məlumdur və aşağıdakı kimidir:
EGMO 2024 | |||||||
s/s | Ad | Soyad | Ata adı | Sinif | Məktəb | ||
1 | Rəfiqə | Qəmbərova | Ceyhun | 9 | Kimya-biologiya təmayüllü Respublika Liseyi | ||
2 | Sevinc | Mahmudova | Tərlan | 11 | Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi | ||
3 | Fatimə | Əsədova | Fuad | 10 | Fizika, riyaziyyat və informatika təmayüllü lisey | ||
4 | Zəhra | İbişova | Vüsal | 9 | Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi |
BMO 2024 | |||||||
s/s | Ad | Soyad | Ata adı | Sinif | Məktəb | ||
1 | Mirhəbib | Əsgərov | Ziya | 11 | Heydər Əliyev adına Müasir Təhsil Kompleksi | ||
2 | Ömər | Qədimli | Hikmət | 11 | Fizika, riyaziyyat və informatika təmayüllü lisey | ||
3 | İbrahim | Kərimli | Elnur | 11 | Fizika, riyaziyyat və informatika təmayüllü lisey | ||
4 | Telman | Məmmədov | Xəqani | 11 | Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi | ||
5 | Mehdi | Nəcəf | İlham | 11 | Heydər Əliyev adına Müasir Təhsil Kompleksi | ||
6 | Rəfiqə | Qəmbərova | Ceyhun | 9 | Kimya-biologiya təmayüllü Respublika Liseyi |
Komandalarımıza beynəlxalq olimpiadalarda uğurlar arzulayırıq!