“FIRST Lego League Challenge 2024” Azərbaycan turnirinin final mərhələsi baş tutub

Tarix: 04.03.2024
Paylaş:

Martın 2-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “FIRST Lego League Challenge 2024” Azərbaycan turnirinin ilk günü keçirilib.

Komandalar innovativ layihələrini təqdim edib, robot yarışlarında iştirak ediblər.

Ölkə turnirinin ikinci günü martın 3-də Bakü Türk Anadolu Lisesində keçirilib.

Qeyd edək ki, turnirin qalibi 17-20 aprel 2024-cü il tarixlərində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək “FIRST Lego League Challenge” Dünya Çempionatında ölkəmizi təmsil etmək hüququnu qazanacaq.