Məktəbin İnkişaf Planı çərçivəsində 18, 38, 51, 178, 154, 227 nömrəli məktəblərdə metodik görüşlər keçirilib.
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində fəaliyyətlər davam etdirilir. Belə ki, məktəblərin pedaqoji və idarəetmə heyəti tərəfindən MİP-in ikinci ilini əhatə edən dəstəkləyici mühitin qurulması istiqamətində görüşlər həyata keçirilir.
Bu məqsədlə ibtidai sinif və digər fənn müəllimləri MİP reallaşdırılan 18, 38, 51, 178, 154 və 227 nömrəli tam orta məktəblərdə növbəti metodik görüşlər təşkil ediblər. Metodik görüşlərdə müəllimlərlə dəstəkləyici mühitin qurulması, eləcə də onların peşəkar inkişafla əlaqədar qarşılaşdıqları problemlər və həll yolları barədə mövzular müzakirə edilib.
Metodik görüşlərin keçirilməsində məqsəd məktəblərdə öyrənmə mühitini inkişaf etdirmək, müəllimlərin birgə öyrənməsinə imkan yaratmaq, onlar arasında əməkdaşlıq bacarıqlarını və təcrübə mübadiləsini formalaşdırmaqdır.
Qeyd edək ki, MİP-in icrasının məktəblərin pedaqoji və idarəetmə heyəti tərəfindən həyata keçirilməsi ARTİ MDPİM-in təklif etdiyi icra mexanizminə əsasən həyata keçirilir.