Təhsil İnstitutu tərəfindən MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 11 mart tarixində saat 16:00-da “MİQ və Sertifikasiya imtahanlarında oxuyub anlama səriştəsinin ölçülməsi” mövzusunda növbəti vebinar baş tutacaq.
Vebinarda spiker qismində Binəqədi rayon 135 №-li tam orta məktəbin direktoru, Bakı Fransız İnstitutu DELF DALF səviyyə imtahanları və Fransız dili dərsliklərinin yoxlanması üzrə mütəxəssis Şəfa Qurbanova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.