MİP reallaşdırılan məktəblərin idarəetmə heyəti ilə görüş keçirilib

Tarix: 07.03.2024
Paylaş:

 

Martın 4-də Məktəbin İnkişaf Planı (MİP) reallaşdırılan 19 tam orta məktəbin (18, 35, 38, 51, 75, 154, 178, 227, 301, 91, 111, 159, 162, 238, 242, 260, 265, 276, 284) idarəetmə heyəti ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd MİP çərçivəsində hədəflərin reallaşdırılması istiqamətində hesabatlılığı təmin etməkdir.

Görüş prosesində şagird nailiyyətinin inkişafı istiqamətində MİP çərçivəsində həyata keçirilən fəaliyyətlər, idarəetmə heyətinin fəaliyyəti, fənn müəllimlərinin metodiki və pedaqoji bacarıqlarının peşəkar inkişafının üstünlükləri, məktəbin öyrənmə mühitinin formalaşdırılması, metodik görüşlərin icrası, qarşılıqlı dərsdinləmələr və keçirilən digər fəaliyyətlərlə əlaqədar görülmüş işlər istiqamətində müzakirə aparılıb. Eləcə də idarəetmə heyətinin üzvləri ilə MİP-in fəaliyyətlərinin icrası prosesində inkişafa ehtiyac olan məsələlər, qarşıya çıxan problemlər və həll yolları barədə fikir mübadiləsi aparılıb, bu istiqamətdə onlara tövsiyələr verilib. MİP-in məqsəd və hədəflərinin reallaşdırılması məqsədilə icra mexanizminin işləmə prosesi barədə bir daha idarəetmə heyətinin üzvlərinə məlumat verilib, ARTİ MDPİM tərəfindən metodiki dəstək göstərilən fəaliyyətlərin davamlılığını artıq məktəbin pedaqoji və idarəetmə heyəti tərəfindən təmin edilməsinin üstünlükləri diqqətə çatdırılıb. Müzakirədə MİP reallaşdırılan məktəblərin kuratorları, yəni ARTİ MDPİM-in əməkdaşları, rəhbər heyəti, məktəblərin idarəetmə heyəti iştirak edib.

Qeyd edək ki, məktəblərdə metodiki dəstəyə nəzarət ARTİ MDPİM tərəfindən həyata keçirilir.