Tələbələrin “Qış düşərgəsi” maraqla davam edir

Tarix: 10.02.2022
Paylaş:

Tələbələrin “Qış düşərgəsi” sürətlə və maraqla davam edir. Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev düşərgə ərazisinə səfər edərək tələbələrlə görüşüb, onlara uğur arzulayıb və Milli Qəhrəmanımız General Polad Həşimovun igidlik və şücaətindən bəhs edən kitab hədiyyə edib.

Düşərgənin 5-ci günündə tələbələrin Quba rayonunda yerləşən Quba Soyqrımı Memorial Kompleksinə ziyarəti baş tutub. Burada tələbələr soyqrım qurbanlarının xatirəsini yad edərək, erməni quldurları tərəfindən törədilən vandalizmin əyani sübutları ilə tanış olublar.

Daha sonra tələbələrin Quba rayonunda yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə səfəri davam edib. Burada liseyin direktoru Kamran Əliyev liseyin uğurlu fəaliyyəti ilə tələbələri tanış edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tələbələr həmçinin Quba STEAM mərkəzində yerləşən müasir avadanlıqlar və şagirdlər tərəfindən hazırlanan texnologiyalar ilə tanış olub.

Qeyd edək ki, gün boyunca maraqlı və intellektual oyunlar  təşkil olunub. Xüsusilə, açar sözlər ilə məntiqi təfəkkürü yoxlayan və inkişaf etdirən “Axtar tap” oyunu tələbələr tərəfindən maraqla qarşılanıb.