“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətin təşkili”nin pilot mərhələsinin icrasına başlanılıb

Tarix: 18.03.2024
Paylaş:

Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində 11 mart 2024-cü il tarixindən etibarən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətin təşkili”nin pilot mərhələsinin icrasına başlanılıb.

Layihənin ekspertləri Mariana Mataçe və Şahinaz Xəlilin iştirak etdiyi proqramın məqsədi ümumi təhsil müəssisələrində peşəyönümü xidmətin təşkili ilə bağlı pilotun monitorinq və qiymətləndirməsinin aparılmasıdır. Pilot zamanı “Karyera bələdçilərinin bacarıqlarının təkmilləşdirilməsi” ilə bağlı təlimlərin tədris materialları əsasında şagirdlərə karyera bələdçiləri tərəfindən dərslər təşkil olunub. Burada məqsəd tələbələri uğurlu karyera seçimi etmək üçün lazım olan alətlərlə təchiz etməklə Azərbaycanın təhsil sisteminin dayanıqlılığını artırmaqdır.

Sözügedən pilotun ilkin mərhələsi Bakının 4 müxtəlif məktəblərində aparılıb. Aprel ayından etibarən pilotun icrası region məktəblərində davam etdiriləcək.