Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsi

Tarix: 03.02.2022
Paylaş:

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə yanvar ayı ərzində həyata keçirilən əlavə yerləşdirmə mərhələsində müvafiq vakansiyalara 261 nəfər işə qəbul olunaraq müəllim kimi fəaliyyətə başlamaq imkanı əldə edib.

Cari tarixədək müəllimlərin işə qəbulu müsabiqəsi üzrə işə qəbul olunan namizəd sayı ümumilikdə 9975 nəfər olub. Qeyd edək ki, əlavə yerləşdirmə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yerinə əsasən həyata keçirilir və tədris ili ərzində vakant yer yarandıqca davam etdiriləcək.

İşə qəbul olunan bütün namizədləri təbrik edir və müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!