“Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 1-ci komponenti çərçivəsində master təlimçilər üçün yenidən 2 günlük təlim təşkil olunub

Tarix: 09.04.2024
Paylaş:

4 və 5 aprel tarixlərində Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 1-ci komponenti çərçivəsində master təlimçilər üçün 2 günlük yenidən təlim təşkil olunub. Təlimlərin əsas məqsədi Azərbaycan Milli Kvalifikasiya Çərçivəsi (AzMKÇ) 5-ci səviyyə ilə bağlı kurikulumların, tədris və öyrənmə materiallarının hazırlanması və təkmilləşdirilməsi üçün bacarıqların inkişaf etdirilməsidir.

Baş tutan təlimlərdə əsas diqqət ChatGPT-nin ən son versiyasının müasir kurikulum və interaktiv təlim metodlarına inteqrasiyasına yönəldilib. Sessiyalar ChatGPT-nin innovativ tətbiqinə diqqət yetirərək və real dünya problemlərinin həlli və sənaye ehtiyaclarına uyğunlaşdırılmış ssenari əsaslı öyrənmə metodologiyasını təbliğ edib. ChatGPT kimi qabaqcıl texnologiyalardan istifadə tələbələrin sürətlə inkişaf edən qlobal iqtisadiyyatda uğur qazanmaq üçün lazım olan bacarıqlarla təchiz edilməsində mühüm addımdır.

Layihənin ekspertləri Dr.Rainer Gerke, Qənirə İsmayılova və Nərmin Şahbazovanın, o cümlədən klaster rəhbərlərinin iştirak etdiyi təlimlər orta ixtisas təhsili müəssissələri və peşə təhsili müəssisələrinin əməkdaşları (40 nəfər) üçün təşkil olunub.