“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” üzrə pilot mərhələnin monitorinqi və qiymətləndirilməsi ilə bağlı səfərlər başa çatıb

Tarix: 09.04.2024
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində 6 aprel 2024-cü il tarixində “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətin təşkili” üzrə pilot mərhələnin monitorinq və qiymətləndirilməsiylə bağlı səfərlər başa çatıb.

Sözügedən pilot mərhələsi Bakı şəhəri, eləcə də Xaçmaz, Astara, Salyan, Zaqatala və İsmayıllı region məktəbləri də daxil olmaqla 10 ümumi təhsil müəssisəsini əhatə edib. Monitorinq zamanı karyera bələdçiləri karyera rəhbərliyi mövzusunda tələbələrə dərs təşkil edərək onların uğurlu karyera seçimlərini təmin etmək üçün müxtəlif tapşırıqlar həyata keçiriblər. Dərslərin sonunda Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Peşə təmayüllü siniflər və sözügedən layihənin nümayəndələri müəyyən təkmilləşdirmələr aparılması barədə öz fikirlərini bölüşüblər.