Təhsil İnstitutu Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 45 ümumi təhsil müəssisələrində metodik xidmət göstərən metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tarix: 22.04.2024
Paylaş:

Təhsil İnstitutu Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarəsinin tabeliyində olan 45 ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə əlaqədar metodistlərin fəaliyyətinin monitorinqi davam edir. Monitorinqin məqsədi metodistlər tərəfindən həyata keçirilən fəaliyyətlərin effektivliyinin ölçülməsi, metodistlərin bu prosesə yanaşmaları, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə onlara metodiki dəstəyin göstərilməsi olub.

Artıq bir neçə ümumi təhsil müəssisələrində bu proses müvəffəqiyyətlə həyata keçirilib. 15-19 aprel 2024-cü il tarixlərində növbəti ümumi təhsil müəssisələri olan Bakı şəhəri 287 nömrəli Zəkalar liseyi, 104, 109, 212, 227, 249, 255 nömrəli tam orta məktəblərdə, eləcə də Sumqayıt şəhəri 21, 32, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəblərdə monitorinq baş tutub.

Monitorinq prosesi əvvəlcədən planlaşdırılan şəkildə və meyarlara görə həyata keçirilib. İlk növbədə metodistlərin dərsləri dinlənilib, onlarla birlikdə müəllimlərin dərs prosesi izlənilib, metodiki görüşlər müşahidə edilib, sonra isə metodistlərin pedaqoji məsələlərə əks-əlaqələri, yanaşmaları müzakirə edilib. Metodistlərin metodiki və pedaqoji istiqamətdə güclü və zəif tərəflərinə, eləcə də təlim ehtiyaclarına dair onlara tövsiyələr verilib. Həmçinin müzakirə prosesində metodistlərə bu istiqamətdə peşəkar inkişafın vacibliyi bir daha xüsusi vurğulanıb.