“Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir:
1. Logistika sistemlərində riyazi modelləşdirmə (Xətti proqramlaşdırma məsələlərinin logistika sistemlərində tətbiqi, Tranzitli nəqliyyat məsələsi (Transshipment problem), Nəqliyyat məsələsi (Transportation problem), Səyyar satıcı məsələsi (SSM – Traveling Salesman Problem), Marşrut seçmə məsələsi (VRP – Vehicle Routing Problem) və digərləri);
2. Anbar ehtiyatlarının idarə olunması (Ekonomik Sifariş Miqdarı (ESM), təhlükəsizlik stoku, dövri stok, stoxastik anbar modelləri, məhsulların nə zaman hansı miqdarda sifariş verilməli olduğunun hesablanması və s.);
3. Akademik yazı və tədqiqat üsulları (kitabxana sistemlərində axtarış üsulları, AzTU elektron kitabxanası ilə tanışlıq, ondan istifadə qaydaları, akademik yazıların strukturu, üslubu, akademik yazılara istinad etmə, plagiatçılıq nədir, ondan necə uzaq durmalı və s.);
4. Logistika sistemlərində proqram təminatları (təchizat zəncirlərinin idarə edilməsində istifadə edilən proqram təminatları, SAP/Oracle/1C kimi ERP proqramları, onların nəqliyyat/anbar ilə bağlı modulları, bu modulların iş prinsipləri, MRP, və s.);
5. Beynəlxalq ticarət (kapital, əmtəə və xidmətlərin ölkələr arasında axını, rəqabət üstünlüyü, beynəlxalq su, quru və hava yolları ilə daşıma marşrutları və s.).
Namizədlərə qarşı tələblər:
1. Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
2. Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
3. Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
4. İKT resurslarından sərbəst istifadə bacarıqları;
5. İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) innovations@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaq.
Müraciət üçün son tarix: 15 yanvar 2022-ci il, saat 23:59