“Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalib layihələri ilə Amerika səfəri öncəsi görüş keçirilib

Tarix: 10.05.2024
Paylaş:

8 may tarixində “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalib layihələri ilə Amerika səfəri öncəsi görüş keçirilib.

Təhsil İnstitutunun direktor müavini və müsabiqə direktoru Fuad Qarayev görüş zamanı məktəblilərimizə öz tövsiyyələrini bildirərək, uğurlar arzu edib.

Qeyd edək ki, məktəblilərimiz 11-17 may tarixlərində Amerika Birləşmiş ştatlarında keçiriləcək sərgidə ölkəmizi 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə dəyərləndirilən 5 elmi-tədqiqat layihəsi ilə təmsil edəcəklər.

ISEF-ə seçim turu olan “Sabahın alimləri” Respublika müsabiqəsi ölkəmizdə elmi tədqiqat işinə meyli olan və yüksək elmi tədqiqat nəticələri əldə etmiş istedadlı şagirdlərin aşkarlanması üçün 2012-ci ildən etibarən keçirilir.