COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) ili çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhər 212 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə 17 may 2024-cü il tarixində, saat 15:00-da 212 nömrəli tam orta məktəbdə “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
Tədbir çərçivəsində “COP29 dünyanı yaşıl sülhə boyayacaq” adlı rəsm sərgisi və maarifləndirici sənədli filim nümayişi olacaq.