“Sevməyi seç” mövzusunda seminar keçiriləcək

Tarix: 14.05.2024
Paylaş:

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planının icrası “Sevməyi seç” mövzusunda seminar keçiriləcək.

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dillər Universitetinin birgə əməkdaşlığı ilə 15 may 2024-cü il tarixində, saat 13:00-da “Sevməyi seç” mövzusunda seminar keçiriləcək.

Tədbir çərçivəsində tələbələr üçün narkomaniya, narkotik vasitələrin zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü haqqında maarifləndirici təqdimat olacaq.