“İqlim dəyişmələri ilə mübarizədə Azərbaycan modeli” mövzusunda seminar keçiriləcək

Tarix: 16.05.2024
Paylaş:

 

COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) ili çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 20 may 2024-cü il saat 13:00-da Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” və “Müasir Azərbaycanın Yaşıl zonası: Qarabağın dünəni və bu günü” mövzusunda elmi mühazirələr dinləniləcək, “Yaşıl kitablar” adlı virtual kitab sərgisi təqdim olunacaq.