“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda növbəti seminar keçiriləcək

Tarix: 17.05.2024
Paylaş:

 

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhəri 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 18 may 2024-cü il tarixində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.

Dərnək rəhbəri və müəlimlər üçün nəzərdə tutulmuş seminarda insanlığın mahiyyətinə təsir göstərən narkomaniyanın səbəb olduğu fəsadlar müzakirə olunacaq. Bu istiqamətdə hazırlanmış təqdimatla iştirakçıların diqqətinə maarifləndirici amillər çatdırılacaq. Bu işdə müəllimlərin peşəkarlıq və səriştəliliyinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunacaq.