“Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminarlar davam edir

Tarix: 19.05.2024
Paylaş:

 

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhəri Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin birgə əməkdaşlığı ilə 20 may 2024-cü il tarixində saat 11:00-da “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.

Seminarda dərnək rəhbəri və müəlimlərə narkomaniyadan qorunma və xilas olma prosesində onların fərdi və peşəkar inkişafının, şagirdlər və valideynlərlə ünsiyyətin əhəmiyyəti vurğulanacaq. Bu istiqamətdə hazırlanmış təqdimat nümayiş olunacaq.