Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat başladı!

Tarix: 20.05.2024
Paylaş:

 

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçiriləcək. Sözügedən lisey və gimnaziyalara qeydiyyat 20 may tarixindən etibarən başlayır və 13 iyun saat 15:00-a kimi davam edəcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə edə bilərsiniz:

Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey (yataqxanalı);
Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi (yataqxanalı);
Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası (yataqxanalı);
Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya (yataqxanalı);
Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya (yataqxanalı);
Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey (yataqxanalı);
Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey (yataqxanalı);
Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey (yataqxanalı);
Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey (yataqxanalı);
Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey (yataqxanalı);
Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya (yataqxanalı);
Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey (yataqxanalı);
Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey (yataqxanalı);
Gəncə şəhər, xarici dillər təmayüllü gimnaziya (yataqxanalı);
Bakı şəhəri, akademik Zərifə Əliyeva adına lisey;
Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri, Texniki humanitar lisey;
Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
Sumqayıt şəhər, ‘İstedad’ liseyi;
Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
Oğuz şəhər, E.Abdullayev adına 2 nömrəli tam orta məktəb; (yataqxanalı)
Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
Naxçıvan, Qızlar liseyi;
Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə tanış ola bilərsiniz:

Lisey və gimnaziyalara qəbul qaydaları

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:

21 iyun 2024-cü il – 7 və 8-ci siniflərə qəbul
22 iyun 2024-cü il – 6-cı siniflərə qəbul
23 iyun 2024-cü il – 5-ci siniflərə qəbul