“Narkomaniya və onun fəsadları” mövzusunda növbəti seminar təşkil edilib

Tarix: 20.05.2024
Paylaş:

Azərbaycan Respublikası narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq 18 may 2024-cü il tarixində Təhsil İnstitutu və Bakı şəhəri 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib.

Seminarda Təhsil İnstitutunun böyük elmi işçisi Könül Mikayılova aludəçiliklə bağlı diskursların aparıldığı bir dünyada narkomaniya və onun səbəb olduğu psixoloji, sosial, iqtisadi və mənəvi fəsadlar haqqında “Narkotik asılılıq və onun formalaşma mərhələri” adlı təqdimatla çıxış edib.

Dərnək rəhbəri və müəllimlərin iştirakı ilə təşkil olanan seminarda pedaqoji heyətin peşəkar inkişafı, dərs prosesinin təşkili və bu prosesdə şagird və valideynlərlə səmərəli ünsiyyətin önəmindən bəhs edildi. Narkomaniyanın fəsadlarını geniş ictimaiyyətə çatdırmaq, onunla mübarizə yollarını araşdırmaq və müvafiq qurumlar arasında əməkdaşlığı gücləndirməyin vacibliyi qeyd olundu, narkomaniya ilə mübarizə üzrə yeni strategiyaların və əməkdaşlıq yollarının müzakirəsi aparıldı.