Antinarkomaniya tədbiri çərçivəsində silsilə seminarlarımız davam edir

Tarix: 21.05.2024
Paylaş:

 

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə 22 may 2024-cü il tarixində “Narkotik asılılıq və onun formalaşma mərhələləri” mövzusunda seminar keçiriləcək.

Dərnək rəhbərləri və müəllimlər üçün təşkil olunmuş seminarda narkotik asılılığının yaranması, mərhələləri, inkişaf prosesi və təsirləri, narkotik asılılığına səbəb olan risk faktorları (genetik, ekoloji, psixoloji və s.) və bu amillərin necə azaldılması və ya tarazlaşdırılması barədə ətraflı məlumat veriləcək. Bundan əlavə, seminar zamanı qoruyucu amillərin (ailə dəstəyi, sağlam həyat tərzi, sosial dəstək sistemləri və s.) əhəmiyyəti vurğulanacaq.