“Refleksiv müəllim” layihəsi çərçivəsində seminarlar davam edir

Tarix: 22.05.2024
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən “Refleksiv müəllim” layihəsi üzrə seminar keçirilib.

Seminar may ayının 20-də Suraxanı rayonu S.Abdullayev adına 290 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün təşkil olunub. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Seyidova V sinif “Azərbaycan dili” dərsliyində olan “Leksik və qrammatik şəkilçilər” mövzusunda icmal təqdim edib.

Seminarda dərsin məzmunun standartlara uyğun təşkili, standartların reallaşdırılması və məqsədin müəyyənləşdirilməsi, təlim nəticələrinin çıxarılması, fənlərarası inteqrasiya, iş üsulları, iş formaları, tapşırıqların dərsin məqsədinə uyğun hazırlanması, qruplarla iş, refleksiv sualların qoyulması, qiymətləndirmə meyarları, müəllimin şagirdə yanaşması və s. kimi məsələlər müzakirə olunub.

Seminar ərzində ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar ARTİ MDPİM tərəfindən mütəmadi olaraq təşkil edilir.