Mirzə Şəfi Vazehin 230 illiyinə və Aleksandr Sergeyeviç Puşkinin 225 illiyinə həsr olunan rus dilində XVI Respublika Olimpiadası keçirilib

Tarix: 23.05.2024
Paylaş:

Ölkəmizdə rus dilinin tədrisinə olan diqqət və qayğının nəticəsi olaraq Elm və Təhsil Nazirliyi, Rusiya səfirliyi və Rossotrudniçestvo əməkdaşlığı çərçivəsində Mirzə Şəfi Vazehin 230 illiyinə və Aleksandr Sergeyeviç Puşkinin 225 illiyinə həsr olunan rus dilində XVI Respublika Olimpiadası keçirilib.

Olimpiadanın yekun nəticələrinə əsasən 22 may 2024 -cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində mükafatlandırılma tədbirləri keçirilib. Qaliblərin mükafatlandırılması tədbirində Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Nikolayeviç, ictimaiyyət nümayəndələri, millət vəkilləri dövlət və özəl qurumların nümayəndələri iştirak edib.

Qeyd edək ki, sözügedən olimpiada artıq illərdir ölkəmizdə təşkil olunur və tədrisi rus dilində aparılan məktəblər tərəfindən böyük maraqla qarşılanır.