2 iyun 2024-cü il tarixində Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının final turu təşkil ediləcək. Final turunda iştirak etmək üçün şagirdlər 24 may tarixindən etibarən buraxılış vərəqələrini əldə edə bilərlər.
Buraxılış vərəqələrinin yüklənməsi prosesi https://portal.edu.az/ platforması vasitəsilə həyata keçirilir. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlər təhsil aldıqları ümumi təhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət edə bilərlər.