Azərbaycanın da iştirak etdiyi TALIS 2024 tədqiqatının 2023-cü ildə həyata keçirilən sınaq mərhələsi üzrə nəticələri müəllimlərin tədris etdikləri sinifdə şagirdlərinin neçə faizinin akademik istedadlı olub-olmaması ilə bağlı məlumatı da əhatə edir. Nəticələr göstərir ki, TALIS tədqiqatının sınaq mərhələsində iştirak etmiş müəllimlərin təxminən 1/4-i tədris etdikləri sinifdə heç bir şagirdin akademik istedadlı olmadığını düşünür. Müəllimlərin sadəcə 0.9 %-i düşünür ki, tədris etdikləri sinifdə 90 %-dən çox şagird akademik istedadlıdır. Digər göstəricilər ilə aşağıdakı qrafikdə tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycanın bu ildən etibarən iştirak etdiyi TALIS – Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğu (Teaching and Learning International Survey) ümumi orta təhsil səviyyəsi üzrə tədris edən müəllimlər arasında keçirilir. 2024-cü ildə həyata keçirilmiş əsas mərhələ üzrə nəticələr 2025-ci ilin sonlarında paylaşılacaq. 2025-ci ildə paylaşılacaq nəticələr əsas olaraq qəbul edilir, sınaq mərhələ üzrə milli tədqiqat mərkəzləri ilə paylaşılmış nəticələr isə məhduddur və bütün müəllimləri təmsil etmir.
[1] Akademik istedadlı şagirdlər yaşları, təcrübələri və ya ətraf mühitləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək nailiyyət səviyyəsində olur və ya potensiallarını göstərirlər.