“Sevməyi seç” mövzusunda seminar keçiriləcək

Tarix: 24.05.2024
Paylaş:

 

Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının 2024-cü il üçün iş planından irəli gələn vəzifələrin icrası məqsədilə Təhsil İnstitutu və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə əməkdaşlığı ilə 24 may 2024-cü il tarixində saat 12:00-da “Sevməyi seç” mövzusunda seminar keçiriləcək.

Tədbir çərçivəsində “Sevməyi seç: özünü kəşf et, tanı, beynimizdə nə baş verir?; Yeniyetmə yaş dövrünün psixo-fizioloji xüsusiyyətləri; Tərbiyə edildiyimiz üslubun həyatımızdakı rolu; Yeniyetmənin tərbiyəsində valideyn və yeniyetmə arasında qarşılıqlı əlaqə; Emosional rədd; Emosional laqeydlik; Avtoritar nəzarət; Şərtsiz müdaxilə; Valideyn davranışının növləri: Hipoproteksiya, Dominant hiperproteksiya, Şərti hiperproteksiya; Mənəvi rədd, Mənəvi məsuliyyəti artırmaq; Asılılıq nədir?; Asılılığın psixoloji aspektləri və asılılığı yaradan səbəblər hansılardır?; Fərdi inkişaf üçün kitab tövsiyələri və narkomaniyanın zərərləri, fəsadları, iradənin və əzmin köməyi ilə bu bəladan xilas olmağın mümkünlüyü” haqqında təqdimat ediləcək.