Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təlimçilərin metodik bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan dili fənninin tədrisinin təşkili metodikası” proqramı əsasında növbəti təlim görüşü baş tutub.
23 may tarixində Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, fil.ü.f.d. Könül Nəhmətova tərəfindən onlayn formada keçirilən seminarda “Mətnin stukturu”, “Abzasın quruluşu” kimi mətn üzrə işin təşkili məsələləri müzakirə olunub.
Təlim görüşü vorkşop formatında – məzmuna dair praktik işlərin yerinə yetirilməsi ilə həyata keçirilib.
Təlimin növbəti seminarlarının iyun ayında keçirilməsi nəzərdə tutulur.